Ofisiant Ivy Garden Hotel Baku 22.04.2025 74

Vakansiya Ofisiant ( gecə və gündüz)
Yalnız bəy
Vəzifə təlimatı
• Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək:
• Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək:
• Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək
• Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq:
• Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
Tələblər
• Dil bilikləri: İngilis dili mütləqdi .
• Səlis danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı:
• Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
• Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
• Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması
Şərtlər
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət; ( dəyişkən qrafik gecə gündüz)
• Əmək haqqı: 450-500 + %
Əlaqə nömrəsi: 055-213-29-14
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@ivygarden.az elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Ofisiant” qeyd etməyiniz xahiş olunur