Front Face
Back Face
Top Face
Bottom Face



 
Satış meneceri Neo System MMC 01.07.2025 67
Company Logo
Namizədə olan tələblər:

Legrand, Vertiv UPS, Rittal (UPS data sistemləri) brendi haqqında müvafiq bilik və təcrübəyə malik olması (!)Elektrik Ve Data sistemlerin bilen.

- 3-5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dili Normal səviyyədə
- Yüksək səviyyədə görüşlərin,danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Strateji düşüncə bacarığı
- İşgüzar əlaqələrin qurulması qaydaları
- Danışıqların idarə etmə qabiliyyəti


Vəzifə və öhdəliklər:

- Məhsulun bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq
- Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək
- Satış həcmlərini proqnozlaşdırmaq
- Sifariş edilən məhsulların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və məhsulların mağazalar arasında müvafiq qaydada bölüşdürülməsinə biləvasitə nəzarət etmək
- Məhsulun satılması üçün sxemlər hazırlamaq (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər)
- Məhsul üçün qiymət siyasətini inkişaf etdirmək, malların satış şərtlərini müəyyən etmək (fərdi müştərilər qrupuna endirimlər və faydalar sistemi)
- Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etmək
- Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək
- Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırmaq


Bilməlidir:

- Biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını
- Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını
- Biznesin idarəedilməsini
- Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını
- Marka xüsusiyyətlərini


Nahar təminatı

Əmək haqqı-Mash AZN+bonus

Uyğun namizədlərdən öz CV formalarını info@neosystem.az e-mail ünvanına göndərməsi xahiş olunur.




top
bottom