Front Face
Back Face
Top Face
Bottom Face



 
Mexanika mühəndisi Green Service LTD 08.07.2025 116
Company Logo
İş yeri: Bakı şəhəri, Gənclik metrosu yaxınlığı
İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin olunacaq


Vəzifə öhdəlikləri:

Texniki və layihə sənədlərinin hazırlanması
Dizayn əsasında layihələrin icrasına nəzarət
Tikinti sahəsində ilkin baxış və ölçü işlərinin aparılması
Layihə başlamazdan əvvəl sifarişçi ilə texniki tələblərin müzakirəsi
AutoCAD proqramında çizgilərin hazırlanması
Təkliflərin texniki tapşırığa uyğunluğunun yoxlanılması
Layihə hesabatlarının və iş həcmi cədvəllərinin (BOQ) hazırlanması
Həftəlik layihə statuslarının rəhbərliyə təqdim olunması
Tikinti-quraşdırma işlərinin normativlərə və layihə tələblərinə uyğunluğuna nəzarət
HVAC sistemlərinin layihələndirilməsi – AzDTN və digər normativ sənədlərə uyğun
Qaz və elektrik qazanlarının işləməsinə nəzarət və texniki xidmət
Split sistemlər, VRV sistemlərə texniki xidmət
AHU-lar, çillerlər, istilik nasosları, su motorlarının nəzarəti
Hava təmizləyicilər və nəmləndirmə sistemlərinin nəzarəti
Problemlərin vaxtında aşkarlanaraq daxili və ya üçüncü tərəflə həll olunması


Namizədə tələblər:

Ali təhsil (Mexanika mühəndisliyi üzrə)
Tikinti və mühəndislik sahəsində minimum 3 il iş təcrübəsi
Layihə və texniki standartlarla işləmə bacarığı
Analitik düşüncə və riyazi təhlil qabiliyyəti
Sənədləşmə və texniki yazışmaları sərbəst şəkildə aparmaq bacarığı
Planlama və vaxtın idarə olunması üzrə bacarıqlar
Komanda ilə işləmək və sahə ilə effektiv koordinasiya qurmaq bacarığı


Proqram bilikləri:

AutoCAD – Texniki çizgilərin hazırlanması
MS Office (Excel, Word) – Hesabatların və sənədlərin hazırlanması
HAP və ya Carrier E20-II – İstilik və soyutma yükü hesablamaları
Duct Sizer və Pipe Sizer – Hava kanalı və boru ölçülərinin hesablanması
BOQ və texniki hesabatlar (Excel) – Texniki hesabatların Excel vasitəsilə hazırlanması
MS Project və ya bənzər proqramlar – Planlama proqramları üzrə biliklər (arzuolunandır)


Müraciət qaydası:

Zəhmət olmasa CV-nizi hr@greenserviceltd.az elektron poçt ünvanına göndərin və mövzu sətrində "Mexanika mühəndisi" qeyd edin.




top
bottom