Sahə mühəndisi Green Service LTD 08.07.2025 92

İş yeri: Bakı şəhəri, Gənclik metrosunun yaxınlığı
İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq
Vəzifə Öhdəlikləri:
* Tikinti və təmir işlərinin layihəyə uyğun icrasına nəzarət
* Sahədə görülən işlərin texniki, layihə və təhlükəsizlik normalarına uyğunluğunun təmin olunması
* Material və texniki resursların vaxtında və düzgün istifadəsini təşkil etmək
* Günlük iş planlarının hazırlanması və işlərin monitorinqi
* Texniki problemlərin yerində və operativ şəkildə həlli
* Usta və fəhlə heyətinin seçimi, cəlb olunması və koordinasiyası
* Texniki sənədlərin, aktların və protokolların hazırlanması, arxivləşdirilməsi
* Podratçılar və nəzarət orqanları ilə koordinasiyalı əməkdaşlıq
* Layihə və iş qrafiklərinə gündəlik nəzarət və müvafiq hesabatların hazırlanması
Namizədə Tələblər:
* İnşaat mühəndisliyi üzrə ali təhsil
* Tikinti sahəsində minimum 3 il sahə mühəndisi kimi təcrübə
* Çertyojlar və texniki sənədlərlə işləmə bacarığı
* Fəhlə və usta heyətinin düzgün seçimi və idarə edilməsi təcrübəsi
* Operativ qərarvermə və texniki problemlərin həlli bacarığı
* Hesabat və aktların hazırlanması üzrə təcrübə
* Komandada işləmə bacarığı, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi
Tələb olunan Proqram Bilikləri:
* AutoCAD– Texniki çizgilərin hazırlanması
* MS Office (Excel, Word) – Sənədlərin və hesabatların hazırlanması
* MS Project və ya bənzər planlama proqramları üzrə biliklər – (arzuolunandır)
Müraciət Qaydası:
CV-nizi hr@greenserviceltd.az ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu sətrində: "Sahə mühəndisi" qeyd etməyi unutmayın.
Karyeranıza sabit və güvənli addım atmaq istəyirsinizsə, komandamıza qoşulun!
"GREEN SERVICE LTD" MMC – Yaşıl gələcək, dayanıqlı tikinti!