Front Face
Back Face
Top Face
Bottom Face



 
Elektrik mühəndisi Green Service LTD 08.07.2025 136
Company Logo
İş yeri: Bakı şəhəri, Gənclik metrosu yaxınlığı
İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin olunacaq


Vəzifə öhdəlikləri:

Layihələndirmə məlumatlarını qəbul edib analiz etmək və elektrik sistemləri üzrə hesabat təqdim etmək
Tikintidə elektrik sistemlərinin tətbiqini Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti norma və standartlarına, həmçinin beynəlxalq standartlara uyğun təmin etmək
Komanda ilə əməkdaşlıq etmək və tikinti prosesinə daxil olan tərəflərlə sıx işləmək
Elektrik hissəsinin tətbiqi üzrə məsləhətlər vermək və işlərin qrafikə uyğunluğunu yoxlamaq
Layihə mərhələlərində texniki dəstək göstərmək və texniki rəy hazırlamaq
Elektrik sistemlərinin istehsalat sınaqlarında, yoxlamalarında və tikintinin təhvil-təslim prosesində iştirak etmək
Texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və büdcə optimallaşdırması üçün təkliflər irəli sürmək
Elektrik sənədlərinin hazırlanması, paylanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək


Namizədə tələblər:

Elektrik mühəndisliyi üzrə ali təhsil
Müvafiq sahə üzrə sifarişçi vəzifəsində minimum 3 il iş təcrübəsi
Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı
Yüksək ünsiyyət bacarığı və komandada işləmək bacarığı
İxtisası üzrə həll yolları təklif etmək və inkişaf yönümlü olmaq


Proqram bilikləri:

AutoCAD – Texniki çizgilərin hazırlanması
MS Office – Hesabatların, spesifikasiyaların və cədvəllərin hazırlanması üçün
Dialux və ya oxşar proqramlar – İşıqlandırma layihələrinin hesablanması üçün
Etap və ya EPLAN – Elektrik sistemlərinin analizi və avtomatlaşdırılmış layihələndirmə üçün


Müraciət qaydası:

Zəhmət olmasa CV-nizi hr@greenserviceltd.az elektron poçt ünvanına göndərin və mövzu sətrində "Elektrik mühəndisi" qeyd edin.



top
bottom