Elektrik təchizatı işləri üzrə Mühəndis - Layihəçi Avandsis Group 23.07.2025 93

İş barədə məlumat
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi:
- Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
Namizədə tələblər
- Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
- Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;Elektrik sxemlərini tərtib etmək bacarığı;
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (Sənəd);
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
- Kompyuter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir.
- MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
- Komandada işləmə bacarığına malik olmalı;
- Diqqətli və dəqiq olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- Təzyiq altında işləməyi bacarmalı.
CV və ya özünüz barədə məlumat göndərməyiniz xahiş olunur (ad, yaş, yaşayış yeri, iş təcrübəsi)
Əlaqə: +99450 497-89-97
E-poçt: info@avandsis.com