Direktor köməkçisi Medco Hospital Group 25.07.2025 48

Medco Hospital Group – Azərbaycanın sağlamlıq sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən Batıgöz, Biovista və Avicenna kimi bir neçə tibb mərkəzlərini özündə birləşdirən tibbi idarəetmə şirkətidir.
Bakı şəhəri ilə yanaşı bölgələrdə də fəaliyyət göstərən klinikalarımız oftalmoloji, laborator və ümumi tibbi xidmətləri təqdim edir. Təşkilat, peşəkar tibbi xidmət, müasir avadanlıqlar və pasient məmnuniyyətinə yönümlü yanaşmanı əsas prinsip kimi qəbul edir.
Genişlənmə planları çərçivəsində Medco, yaxın illərdə MDB və Mərkəzi Asiya ölkələrində yeni klinikaların açılmasını və regiondakı mövcudluğunu daha da gücləndirməyi hədəfləyir.
Vəzifə öhdəlikləri:
• Ofisin gündəlik iş fəaliyyətinin təşkil və nəzarət edilməsi;
• Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və göndərilən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi;
• Ofisin təmizliyi və texniki təchizatının işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
• Ofis ləvazimatlarının və ehtiyaclarının təmin olunması;
• İşçilərin ehtiyaclarına uyğun texniki və inzibati dəstəyin göstərilməsi;
• Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və dəqiq icrası, icra vəziyyəti ilə bağlı hesabatların təqdim olunması;
• Görüşlərin təşkili və təqvimin idarə olunması;
• Yazışmaların aparılması (e-mail, rəsmi məktublar və s.);
• Mühüm məlumatların konfidensial şəkildə saxlanılması;
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
• Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarığı mütləqdir, İngilis dilini bilməsi arzuolunandır;
• MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
• Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları;
• Məsuliyyətli, diqqətli və operativ olmaq;
Təklif edirik:
• Peşəkar və mehriban kollektiv;
• Karyera inkişafı imkanı;
• Stabil iş mühiti;
• İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Korporativ təlimlərdə iştirak;
İş şəraiti:
• İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence)
• İş qrafiki: 5 günlük (09:00-18:00)
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Direktor köməkçisi” qeyd edərək hr@medco-hg.com e-mail ünvanına CV göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.