Laboratoriya qeydiyyatçısı Medco Hospital Group 25.07.2025 91

Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya “Laboratoriya qeydiyyatçısı” vakansiyası üzrə iş imkanları təklif edirik.
Vəzifə öhdəlikləri:
• Laboratoriyaya müraciət edən pasiyentlərin qeydiyyatının aparılması;
• Analizlərin qeydiyyatının düzgün və tam şəkildə sistemə daxil edilməsi;
• Nümunələrin kodlaşdırılması və laboratoriya personalına düzgün ötürülməsi;
• Laborator nəticələrin sistemə daxil olunması və pasiyentə təqdim olunması prosesində
iştirak;
• Laboratoriya işində istifadə olunan proqram təminatı ilə işləmək;
• Pasiyent məlumatlarının konfidensiallığının qorunması;
• Laboratoriya və qeydiyyatla bağlı sənədlərin arxivləşdirilməsi və sistemli saxlanması;
• Laboratoriya personalı və digər şöbələrlə koordinasiyalı işləmək.
Tələblər:
• Orta ixtisas və ya ali təhsil (tibb, biokimya, səhiyyə idarəçiliyi sahəsində təhsil üstünlükdür);
• Tibbi qeydiyyat sahəsində ən azı 1 il iş təcrübəsi (laboratoriya sahəsində təcrübə üstünlükdür);
• Kompüter proqramları ilə işləmə bacarığı (xüsusilə qeydiyyat və laboratoriya sistemləri);
• Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
• Etik davranış və pasiyentlərlə nəzakətli ünsiyyət bacarığı;
• Sürətli və gərgin iş rejimində işləyə bilmək;
• Tibbi sənədlərlə işləmə və məxfi məlumatların qorunması bacarığı.
Təklif edirik:
• Peşəkar və mehriban kollektiv;
• Karyera inkişafı imkanları;
• Stabil iş mühiti;
• İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Korporativ təlimlərdə iştirak;
İş şəraiti:
• Ünvan: Bakı şəhəri, Nəsimi rayonu
• İş qrafiki: 6 günlük
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Laboratoriya qeydiyyatçısı” qeyd edərək hr@medco-hg.com e-mail ünvanına CV göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.