Qrafik dizayner Emsan 01.08.2025 20

Komandamıza kreativ və innovativ dizayn baxışını dəyişəcək Qrafik Dizayner axtarır! Əgər vizual düşüncəni reallığa çevirmək bacarığınız varsa və dizayn sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.
Əsas Vəzifə Öhdəlikləri:
• Şirkətin marketinq və reklam məqsədləri üçün vizual materialların (broşur, flayer, banner, poster, qablaşdırma dizaynları və s.) hazırlanması
• Sosial media üçün kreativ postların, story və kampaniya vizuallarının dizaynı
• Rəqəmsal və çap platformaları üçün dizaynların brend tələblərinə uyğun hazırlanması
• Mövcud dizayn trendlərini izləmək və gündəlik işə tətbiq etmək
• Komandadakı digər bölmələrlə sıx əməkdaşlıq edərək effektiv vizual həllər yaratmaq
Tələblər:
• Qrafik dizayn və ya əlaqəli sahə üzrə ali təhsil
• Yaş həddi:22-35
• Sahə üzrə minimum 3 il iş təcrübəsi
• Adobe Creative Suite proqramlarını (Photoshop, Illustrator, InDesign və s.) yüksək səviyyədə bilmək
• Kreativlik, vizual estetikaya malik olmaq və detala diqqət
• Çevik iş rejimində işləyə bilmək, deadline-lara ciddi yanaşmaq
• Brend və vizual kommunikasiya anlayışına malik olmaq
• Portfolio təqdim edilməsi mütləqdir
İş Şərtləri:
• Əmək haqqı: Müsahibə əsasında təcrübə və bacarıqlara uyğun təyin olunacaq
• İş rejimi: Həftə içi 5 gün / 09:00 – 18:00
• İş yeri: RST Global Plaza, Bakı şəhəri (Ulduz metrosu yaxınlığı)
• Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
Müraciət:
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə, şəkilli CV və portfolionuzu hr@emsan.com.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Yaradıcı yanaşma ilə fərq yaratmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!