Fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli maliyyə və mühasibatlıq xidmətləri göstərən şirkətin peşəkar, gənc və dinamik komandasına Satış Meneceri axtarırıq!
İş yeri: H.Əliyev prospekti, Koroğlu metrosunun yaxınlığı
İş saatları: Bazar ertəsi – Cümə (09:00–18:00)
Əmək haqqı: 700 AZN + satış bonusu
İş rejimi: Tam ştat, oflayn
Əsas öhdəliklər:
• Satış strategiyalarının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi
• Şirkətin audit və maliyyə xidmətlərinin potensial müştərilərə təqdim olunması və satışının təşkili;
• Yeni müştərilərin axtarılması, ilkin əlaqələrin qurulması və satış prosesinin idarə olunması;
• Mövcud müştəri portfelinin idarə olunması və davamlı əlaqələrin saxlanması;
• Müştərilərin tələblərinə uyğun fərdi xidmət paketlərinin hazırlanmasında iştirak;
• Satış planına uyğun olaraq aylıq və illik hədəflərə çatmaq;
• Təşkilat daxilində digər şöbələrlə koordinasiyalı fəaliyyət (audit qrupu, hüquqşünaslar, mühasibat və s.);
• Bazar və rəqib təhlillərinin aparılması, satış strategiyasının təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Görüşlərin təşkili, təqdimatların keçirilməsi, təkliflərin və müqavilələrin hazırlanmasında iştirak;
• CRM və ya daxili müştəri bazasında məlumatların dəqiq aparılması və hesabatlılıq.
Tələblər:
• 1-3 il satış sahəsində təcrübə
• MS Office proqramlarından istifadə və Windows bilikləri
• Yaxşı ünsiyyət bacarığı, diqqətlilik və məsuliyyətlilik
• Azərbaycan dilində səlis danışıq (xarici dil bilikləri üstünlükdür)
Əgər sən də satış sahəsində peşəkar inkişaf axtarır və dinamik bir komandanın üzvü almaq istəyirsənsə bu fürsəti qaçırma!
Müraciət et
Son müraciət tarixi: 18.08.2025